"Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil" - Rəsmi reaksiya

img

17-12-2017 [18:02]


Bu gün bir sıra yerli kütləvi informasiya vasitələrində "Tikinti şirkətinin rəhbəri həbs olundu – Vəkili ilə birlikdə" başlıqlı xəbər yayılıb. Həmin xəbərlərdə mənzil alıcılarının aldadılması şübhəsi ilə hüquq-mühafizə orqanları tərəfindən "Yeni Yasamal" MTK-nın rəhbəri ilə "vəkil" Habil Fətəliyevin saxlanıldığı qeyd olunur.

Məsələ ilə bağlı Azərbaycan Respublikasının Vəkillər Kollegiyasından Mia.az-a daxil olan məlumata görə, Vəkillər Kollegiyasının üzvləri sırasında Habil Fətəliyev adda vəkil mövcud deyil və Kollegiya vəkil adından bu cür qanunsuz istifadə hallarını qəti surətdə pisləyir:

"Eyni zamanda, yaxın aylarda Vəkillər Kollegiyasının yeni internet səhifəsi istifadəyə veriləcəkdir ki, orada bütün vəkillərin reyestri yerləşdiriləcək və gələcəkdə vəkillərin müyyən edilməsindəki bu kimi anlaşılmazlıqlar aradan qaldırılacaqdır.

Sonda, bu kimi məlumatların Azərbaycan vəkilliyinin nüfuzuna xələl gətirməsini nəzərə alaraq, Vəkillər Kollegiyası kütləvi informasiya vasitələrinə tövsiyə edir ki, gələcəkdə buna oxşar hallarda vəkilin şəxsiyyətinin dəqiqləşdirilməsi üçün bilavasitə Kollegiyaya müraciət edilsin".

Digər xəbərlər
SON XƏBƏRLƏR