Türkiyənin sabiq baş nazirinin oğlu evində ölü tapıldı - FOTO

img

16-12-2017 [14:22]


Bu gün Türkiyənin sabiq baş naziri Məsud Yılmazın oğlu Yavuz Yılmaz İstanbulda evində ölü tapılıb.
 
APA-nın "Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, evində silahla vurulmuş halda tapılan 38 yaşlı Yavuz Yılmazın intihar etdiyi ehtimal olunur.
 
Polis hadisə yerində araşdırma aparır. Hazırda ABŞ-da olan M. Yılmazın oğlunun ölüm xəbərini aldıqdan sonra təcili Türkiyəyə dönəcəyi bildirilir. 

Qeyd edək ki, Y. Yılmazın qardaşı Emir Hasan Yılmazla birgə şirkət sahibi olub. 

Y. Yılmaz teleaparıcı Neşe Sapmazla evlənib, 3 il sonra onlar ayrılıblar. 

Digər xəbərlər
SON XƏBƏRLƏR