"ReAl" qurultay keçirməyəcək - Qərarın səbəbi

img

15-12-2017 [21:34]


"ReAl" və Müsavat rəhbərliyi arasındakı müzakirələrin nəticələrinə görə "ReAl"ın qurultayının qeyri-müəyyən vaxta qədər təxirə salınması barədə qərar qəbul edilib.

Bu barədə Turan-a "ReAl"ın icraçı direktoru Natiq Cəfərli bildirib.

Bu barədə qərar "ReAl"la Müsavat başqanı Arif Hacılı ilə müzakirələrdən sonra qəbul edilib.

Müsavat Partiyasının "ReAl"ın tədbirinin keçirilməsi üçün qərargah-mənzilini verməsi ilə əlaqədar hakimiyyətin təzyiqi ilə əlaqədar Müsavat qurultay təşkilatçılarına müraciət edib.

Qeyd edək ki, "Real"ın rəhbəri İlqar Məmmədov həbsdədir.

Digər xəbərlər
SON XƏBƏRLƏR