Marneuli meri və rəhbərliyi 35 gənci hərbi xidmətə yola salıblar - Mərasim + FOTOLAR

img

15-12-2017 [18:55]


Bu gün Marneuli meri Temur Abazov və şəhər bəədiyyəsinin sədri Amiran Qiorqadze həqiqi hərbi xidmətə çağrılmış gənclərin yola salınma mərasimində iştirak ediblər.

Mia.az xəbər verir ki, bu barədə şəhər icra başçısı Temur Abazov sosial şəbəkədə məlumat verib.

Bidirilib ki, onlara gənclərə həyatlarının yeni mərhələsində uğurlar arzulayıblar və vətənin xidmətində durmağa hazır olduqlarına görə xüsusi təşəkkür ediblər.

Tədbirdə Marneuli İcra Hakimiyyəti başçısının müavini Laşa Lobcanidze, Hərbi qeydiyyat, çağırış və səfərbərlik xidmətinin rəhbəri Vaja Şubitidze, meriya əməkdaşları və hərbiyə çağrılan gənclərin valideynləri də iştirak ediblər.

Məumatda qeyd olunub ki, Marneulidən payız çağırışında həqiqi hərbi xidmətə 35 gənc çağırılıb.

Mia.az





Digər xəbərlər
SON XƏBƏRLƏR