Oqtay Əsədovdan deputatlara tələb: "Hər kəs öz yerində olmalıdır"

img

15-12-2017 [18:09]


Milli Məclisin bugünkü iclasında spiker Oqtay Əsədov "Lotereyalar haqqında" Qanunda dəyişikliklər edilməsi barədə sənədə səsvermə zamanı bəzi deputatların zalda olmamasına etiraz edib.

Milli Məclisin sədri zalı tərk edən deputatların geri qayıtmasını tələb edib.

"Zalda cəmi 96 nəfər adam qalıb. Hər kəs öz yerində olmalıdır və bilməlidir ki, səs verəcək. Səs vermək də çətin məsələdir?”.

Digər xəbərlər
SON XƏBƏRLƏR