Zahid Oruc: "Bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur” -Spiker cavab verdi

img

15-12-2017 [17:15]


Milli Məclisdə Seçki Məcəlləsinə dəyişikliklə bağlı sənədin müzakirəsi zamanı danışan deputat Siyavuş Novruzov bəzi şəxslərin vaxtından əvvəl prezident seçkilərinin keçirilə biləcəyi barədə iddialarını şayiə adlandırıb. 

Deputat Zahid Oruc Siyavuş Novruzovun bu fikrinə sərt reaksiya verib. Z.Oruc deyib ki, kimin bu dövlət qarşısında xidmət göstərdiyi göz qarşısındadır: 

"Bir çoxları bura göstərdiyi xidmətə görə gəlib. Onlar təsadüfdən gəlməyiblər. Odur ki, bu parlamentdə dövlətə hər hansı bir təhlükə yoxdur”. 

İntizam Komissiyasının yenidən formalaşdırılması barədəki təkliflərə toxunan Z.Oruc deyib ki, burada ixtisaslaşmış şəxslərdən söhbət gedir: "İntizam Komissiyasının üzvləri  harda ixtisaslaşırlar?” .

Z.Oruc dedi ki, hətta Rusiyanın özündə mandatdan etik davranışa görə məhrum etmə nümunəsi yoxdur. 

Spiker Oqtay Əsədov da Zahid Oruca cavab verib: "Zahid Oruc, referenduma cəmiyyət səs verib, bunu istəyib, biz də bununla bağlı qərar qəbul edirik. Hələ müəyyən düzəlişlərdən sonra bu sənəddən də narazılıq varsa, mənim sözüm yoxdur”.

Modern.az

Digər xəbərlər
SON XƏBƏRLƏR