Prezident istefaya getməkdən imtina etdi: "Şərəfimdən və dəyərimdən imtina etməyəcəm"

img

15-12-2017 [17:04]


Peru Prezidenti Pedro Kuçinski istefaya getməkdən imtina edib.

Bu barədə o cümə axşamı həmyerlilərinə müraciətində deyib.

"Mən nə şərəfimdən, nə də prezident kimi dəyərimdən imtina etməyəcəm", - deyə prezident bildirib.

Qeyd edək ki, Peru müxalifəti korrupsiyada ittiham edilən Kuçinskinin istefasını tələb edib. Prezident isə korrupsiyada adının hallanmasının əsasız olduğunu iddia edib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR