Tibb Universitetinin kafedralarına yeni müdirlər seçilib - SİYAHI

img

15-12-2017 [16:48]


Azərbaycan Tibb Universitetinin (ATU) 5 kafedrasında müdir vəzifəsinə seçkilər keçirilib.

Professor Vəfa Pənahian qulaq, burun və boğaz xəstəlikləri, dosent Ramiz Poluxov uşaq cərrahlığı, dosent Məlahət Sultanova şüa diaqnostikası və terapiyası, professor Səfixan Həsənov I uşaq xəstəlikləri, professor Fərid Mahmudov isə dermotevenorologiya kafedrasının müdiri seçiliblər.

Yeni seçilən kafedra müdirlərini qəbul edən ATU-nun rektoru Gəray Gəraybəli onlara mövcud problemləri həll etmək üçün tövsiyələrini verib və gələcək işlərində uğurlar diləyib.

Yeni kafedra müdirləri üzərlərinə düşən məsuliyyəti dərk etdiklərini bildirərək onlara göstərilən etimadı doğruldacaqlarını, müasir tələblərə cavab verən gənc mütəxəssislərin hazırlanması üçün əllərindən gələni edəcəklərini söyləyiblər/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR