"Eşitdiniz, hörmətli jurnalistlər, nə var, onu yazın!” - Vitse-spikerdən mediaya maraqlı göstəriş

img

15-12-2017 [14:00]


"Azərbaycan ordusu dünyanın bir saylı demokratik ordularındandır. Yadınızdadır, ABŞ İraqda hərbi əməliyyatlar aparanda mətbuata deyildi ki, gedin öz işinizlə məşğul olun, mən müharibə aparıram”. 

Bu fikirləri MM-dəki müzakirələr zamanı Birinci vitse-spiker Ziyafət Əsgərov söyləyib.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” Azərbaycan Respublikası qanununun layihəsi barədə danışan Z.Əsgərov ordunun daxildəki siyasi proseslərə müdaxilə imkanlarının olacağı barədə fikirləri təkzib etdi: "Silahlı Qüvvələr təkcə ordudan ibarət deyil, ordunun daxili siyasətə aidiyyatı yoxdur. Daxildəki hansısa məsələlərə Daxili Qoşunlar məşğul olacaq, ordu yox. Eşitdiniz, hörmətli jurnalistlər, nə var, onu yazın!”

Z.Əsgərov Azərbaycan ordusuna düşməni öz ərazimizdən qovmaqla yanaşı, işğalçı ölkə ərazisində təqib etməsi səlahiyyəti verilməsini təklif edən deputat Tahir Kərimlinin təklifinə də reaksiya verdi: "Tahir müəllim, o halda bu, işğal sayılacaq”. 

Bundan sonra qanun layihəsi ikinci oxunuşda səsə qoyularaq qəbul edildi.

Spiker üçüncü oxunuşu gecikdirməməyi tapşırdı. (musavat.com)

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub