Milli Məclisdə parlamentin Silahlı Qüvvələr üzərində nəzarəti təklif edilib

img

15-12-2017 [12:34]


Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Azərbaycan Silahlı Qüvvələri üzərində nəzarəti təklif edilib.

Yenidən hazırlanan "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin müzakirəsi zamanı çıxış edən deputat Fazil Mustafa bildirib ki, yeni sənədin 15-ci (Silahlı Qüvvələrin fəaliyyətinə nəzarət) maddəsində bununla bağlı əlavələr edilməlidir.

Deputat Qüdrət Həsənquliyev də bu təklifi dəstəkləyib. O qeyd edib ki, maddəyə bununla bağlı əlavə bənd salınsın. 

Deputatlar bu halın dünya praktikasında mövcud olduğunu xatırladıblar.

Qeyd edək ki, maddədə bildirilir ki, Silahlı Qüvvələrin fəaliyyətinə ümumi nəzarəti Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı həyata keçirir. Silahlı Qüvvələrin fəaliyyətinə idarədaxili nəzarəti Silahlı Qüvvələrin tərkib hissəsi olan qurumların komandanlığı və həmin qurumların daxil olduğu dövlət orqanlarının rəhbərləri həyata keçirir. Prokurorluq orqanları Silahlı Qüvvələrdə qanunların icrasına nəzarəti qanunla müəyyən edilmiş hallarda və qaydada həyata keçirir.
apa


Digər xəbərlər
SON XƏBƏRLƏR