Rəsmi Moskvadan Qüds açıqlaması: "Zorakılıq və gərginlikdən xilas olmaq üçün..."

img

13-12-2017 [19:29]


"Fələstinlə İsrail arasında yenidən danışıqlar prosesinin başlaması mümkündür".

Bu açıqlama ilə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova çıxış edib.

"Vaşinqtonun Qüdslə bağlı qərarından sonra yaranan gərginliyə görə çox narahatıq. Zorakılıq və gərginlikdən xilas olmaq üçün Fələstin ilə İsrail arasındakı müzakirələrin yenidən başlamasının mümkün olacağına əminik", - Zaxarova söyləyib.

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ Prezidenti Donald Tramp Qüds şəhərinin statusu və ABŞ səfirliyinin buraya köçürülməsi ilə bağlı qərar verib/Axar.az.

Digər xəbərlər
SON XƏBƏRLƏR