İslam Əməkdaşlıq Təşkilatından tarixi qərar: "Şərqi Qüds Fələstinin paytaxtıdır" - ABŞ-a xəbərdarlıq

img

13-12-2017 [17:43]


Bu gün Türkiyənin İstanbul şəhərində İslam Əməkdaşlıq Təşkilatı fövqəladə iclasında Fələstinlə bağlı sensasion bəyanat verilib.

Mia.az xəbər verir ki, Təşkiata daxil olan dövlətlərin imzaladığı birgə bəyanata görə, Şərqi Qüds Fələstinin paytaxtı kimi tanınıb: "Bütün ölkələri işğal altında olan Şərqi Qüdsü Fələstinin paytaxtı olaraq tanımağa dəvət edirik".

Eyni zamanda, ABŞ-a Qüdslə bağlı qərarından çəkilmək tələb olunub: "ABŞ bu qərarından və sülh danışıqlarındakı rolundan geri çəkilməlidir. Əgər çəkilməsə, o zaman bütün məsuliyyət ABŞ-da qalacaq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR