13-12-2017 [15:51]
Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) Prezidenti Umud Mirzəyevin rəhbərlik etdiyi təşkilatın nümayəndə heyəti ilə birgə Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının Sülh və Təhlükəsizlik mövzusunda keçirilən panel müzakirələrinə qatılıb.
Bu barədə BAMF-dan Mia.az-a verilən məlumata görə, maraqlı debatlara səhnə olan müzakirələrdə GUAM ölkələrində münaqişələrin alovlanmasında sülh və təhlüəsizlik amilləri, münaqişələr zamanı humanitar böhranın aradan qaldırılması, münaqişələrin həllində qarşılıqlı etimad, sülh və dayanıqlı inkişaf kimi məsələlər diqqətə çatdırılıb. BAMF-ın prezidenti Umud Mirzəyev və nümayəndələr Azərbaycanın işğal altındakı ərazilərindəki vəziyyətlə bağlı məsələləri və ölkəmizin mövqeyini sessiya iştirakçılarının diqqətinə çatdırıb.
İlk görüş BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin rəhbəri Mark Andre Dorel (Marc-Andre Dorel) ilə keçirilib.
BAMF-ın bu illər ərzində gördüyü işləri, Şuranın dünyada tanınmasına verdiyi töhvəni çox yüksək qiymətləndirən cənab Dorel bu sahədə istənilən dəstəyi göstərməyə hazır olduğunu deyib.
O, eyni zamanda BAMF-ı BMT-nin İqtisadi və Sosial Şurasının QHT bölməsinin 2019-cu ildə təşkil edəcəyi ən yüksək statuslu Liderlər Forumuna qatılmağa, eyni zamanda forumun işinə ayrıca töfhə verməyə dəvət etdi. BAMF –ın bu forumda xüsusi təqdimatla çıxışının əhəmiyyətinə toxunan cənab Dorel təşkilatın beynəlxalq təcrübəsinin bütün üzvlərə ciddi faydalar gətirəcəyinə, şuranın gələcək layihələrinin inkişafı üçün perspektiv imkanlar açacağına inandığını bildirib.
Görüş zamanı BAMF prezidenti Azərbaycanın vətəndaş cəmiyyətinin inkişafında QHT-lərin və dövlətin oynadığı vacib rol barədə Mark Andre Dorelə ətraflı məlumat verib. Fikir mübadiləsi zamanı ECOSOC-un QHT bölməsi ilə birgə fəaliyyətin zəruriliyindən söhbət açıb.
BMT-in Baş Assambleyası kimi yüksək səviyyəli tədbirlərə qatılmağın əhəmiyyəti haqqında danışılan görüşdə gələcək əməkdaşlığın imkanları da geniş müzakirə olunub.
Cənab Mirzəyev bu yaxınlarda BAMF-ıntəşkilatçılığı ilə Azərbaycanın bir sıra qeyri qeyri hökumət təşkilatlarının iştirakı ilə "BMT-nin İqtisadi Sosial Şurası ilə əməkdaşlıq imkanları və perspektivləri” mövzusunda keçirilən tədbiri yada salıb. Bildirib ki, BAMF-ın ofisində baş tutan tədbirdə Azərbaycandan olan vətəndaş cəmiyyəti qurumlarının BMT qurumları ilə əlaqələrinin gücləndirilməsi, İqtisadi Sosial Şuranın QHT bölməsində təmsilçiliyi, dayanıqlı inkişaf hədəflərinin təşviq edilməsi və zəruri yardımların göstərilməsi geniş müzakirə olunub. Bu görüş həm yerli QHT-lər, həm də BMT-ın Bakıdakı nümayəndəliyi tərəfindən çox müsbət qarşılanıb.
Umud Mirzəyev bildirib ki, rəhbərlik etdiyi BAMF vətəndaş cəmiyyəti təşkilatı olaraq artıq bir neçə ildir dayanıqlı inkişaf məqsədləri istiqamətində həyata keçirilən fəaliyyət proqramları üzrə dövlət və icma əsaslı qurumların etibarlı tərəfdaşıdır. Son illər BAMF–ın müharibədən zərərçəkmiş regionlarda ortaya qoyduğu vətəndaş cəmiyyəti-mikromaliyyə və peşə təhsili birgə modeli sosial-iqtisadi korporativ proqramların hədəfə doğru inkişafı üçün uğurlu tendensiya olub.
Bununla yanaşı, BAMF prezidenti dünya ictimaiyyətinin xüsusilə münaqişə bölgələrindəki vəziyyətə həssas yanaşması və dayanıqlı inkişaf üçün bütün regionlarda sülhün və barışığın təbliğ olunmasının vacibliyini diqqətə çatdırıb.
BMT-yə səfər çərçivəsində BAMF nümayəndələri İnsan Haqqları Bəyənnaməsinin elan olunmasının 70 illiyinə həsr olunmuş tədbirə qatılıblar. Tədbirdə çıxış edən BMT baş katibi Antoni Quterreş, BMT Baş Assambleyasının 72 sessiyasının prezidenti Miroslav Lajçak, BMT-nin Miqrasiya məsələləri üzrə xüsusi nümayəndəsi Louis Arbor və digərləri bu günkü dünyamızda insan haqlarının pozulmasının bəşəriyyətin üz-üzə qaldığı ən ağrılı problem olduğunu qeyd ediblər. Çıxışçılar insan haqlarının pozulmasına səbəb olan müharibələrin heç zaman qələbə ilə yekunlaşmadığını ifadə ediblər.
Tədbirdə BMT İnsan Haqları Komissiyasının keçmiş komissarı, Beynəlxalq Cinayət Məhkəməsinin hakimi Navi Pilay ilə görüşən Umud Mirzəyev insan haqqları ilə bağlı durumun yaxşılaşdırılması üçün zəruri olan tədbirlər və bu sahədə Azərbaycanın təşəbbüslərindən söz açıb. Xanım Navi Pilay gənc ölkələrin bu sahədə əzmlə fəaliyyət göstərməli olduqlarını və Azərbaycanın beynəlxalq münasibətlər sistemində müsbət mövqeyini qeyd edib. Daha sonra Umud Mirzəyev BMT Sosial-İqtisadi Şurasının baş komissarı Hu Vonqbo və BMT-nin Afrika üzrə xoşməramlı səfiri, Yeni Gələcək Fondunun prezidenti Delois Blakely ilə görüşüb. Xanım Delois Blakely BAMF-ın fəaliyyəti ilə tanış olduğunu, görülən işləri yüksək dəyərləndirdiyini bildirib.
Qeyd edək, Azərbaycan vətəndaş cəmiyyəti təmsilçisi BAMF-ın Birləşmiş Millətlər Təşkilatının 72-ci sessiyasının müzakirələrində iştirakı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə reallaşıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"