Azərbaycana qarşı təhdid və terror təhlükəsi çox böyükdür - Xəbərdarlıq

img

13-12-2017 [13:40]


Azərbaycan Silahlı Qüvvələrinə əlavə vəzifələr verilir.

"Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında” qanun layihəsinin 4-cu (Silahlı Qüvvələrin əsas vəzifələri) maddəsinin 10-cu bəndində bildirilir ki, Silahlı Qüvvələr öz fəaliyyətində informasiya təhlükəsizliyini təmin etmək vəzifəsinə malik olacaq.

Maddənin 15-ci bəndinə əsasən isə Silahlı Qüvvələr beynəlxalq terrorçuluq və mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsini də yerinə yetirəcək.

Mia.az xəbər verir ki, bununla bağlı hərbi ekspert Abuzər Əbilov fikirlərini "Ölkə.Az"-da bölüşüb:

"Uzun zaman idi ki, informasiya təhlükəsizliyi barəsində Müdafiə nazirliyinin tərkibində qurumun yaradılmasını təklif edirdik. Vətəndaşlarımız bilərəkdən və ya bilməyərəkdən telefonlar, sosial şəbəkələr vasitəsi ilə başqa-başqa məlumatlar yayırlar. İnsanlar bəzən hərbi hissələrin adlarını, nömrələrini, onların komandirlərini, orada xidmət edənlərin şəkillərini, informasiyaları bir-birilərinə ötürürlər və bundan da düşmən yararlanır. Qarşı tərəf Silahlı Qüvvələrimiz haqqında kəşfiyat məlumatlarını əldə edir. Bunun qarşısınıın alınması üçün Silahı Qüvvələrə informasiya təhlükəsizliyi təmin etmək üçün səlahiyyət verilməli idi".

Silahlı Qüvvələrə beynəlxalq terrorçuluqla mübarizə aparmaq vəzifəsinə gəldikdə isə hərbi ekspert bildirdi ki, bu bəyənilən bir haldır:

"Azərbaycan bölgənin ən güclü dövlətidir. Azərbaycana qarşı təhdid və terror təhlükəsi çox böyükdür. Yaxın Şərqdə sıxışdırılan İŞİD və digər terrorçu təşkilatlar digər bölgələrə üz tutublar. Qafqaz regionu terrorçu təşkilatların sığına biləcəyi yerlərdən biridir. Buna görə də, Silahlı Qüvvələrimiz hazırlıqlı olmalıdırlar. Azərbaycan beynəlxalq terrorla mübarizə alyansına qoşulub. Azərbaycan kiçik qüvvə ilə Əfqanıstanda terrorla mübarizə üçün öz Silahlı Qüvvələrini göndərmişdi. Qanunda olunan dəyişikliklər Silahlı Qüvvələrin daha geniş məcrada beynəlxalq terrorçuluqla mübarizə üçün imkan yaradacaq".

Silahlı Qüvvələrə mütəşəkkil cinayətkarlıqla mübarizə aparmaq vəzifəsinin verilməsinə gəldikdə isə, Abuzər Əbilov qeyd edib ki, mütəşəkkil cinayətkarlıq müasir dövrdə çox inkişaf edib:

"Əgər keçmişdə mütəşəkkil cinayətkarlıq hansısa kiçik-kiçik qruplar halında iş görürdüsə, müasir dövrdə mütəşəkkil cinayətkarlıq özünü inkişaf etdirərək böyüyüb. DİN və DTX ilə birlikdə Silahlı Qüvələrin də mütəşəkkil cinayətkarlığa qarşı mübarizə aparması arzu olunan hal idi. Dünyada belə nümunələr çoxdur".

Bu vəzifələrdən sonra Azərbaycanın Dağlıq Qarabağda anti-terror əməliyyatları keçirə biləcəyi iddiası barəsində isə hərbi ekspert deyib ki, bu məntiqə uyğundur:

"Dağlıq Qarabağda separatçı, cinayətkar bir qurum var. Onlar başqa dövlətlər tərəfindən həm qurum, həm də silahlı qüvvələr kimi tanınmayıblar. Ona görə də, onları terrorçu kimi qəbul etmək, həm beynəlxalq aləmin, həm də Azərbaycanın borcudur. Öz ərazisində anti-terror aparmaq üçün Azərbaycanın əlində bütün vasitələr var".



Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR