13-12-2017 [11:32]
Geridə qoyduğumuz 2017- ci il Azərbaycanın siyasi, iqtisadi, sosial, kriminal, idman və mədəni həyatında bir çox hadisələrlə yadda qalıb.
12 aylıq dövrdə baş verən önəmli hadisələri bir daha oxucuların diqqətinə çatdırırıq.
2017- ci ildə siyasi həyatımızın ən önəmli hadisələrindən biri ölkədə birinci vitse-prezidentlik institutunun formalaşması ilə bağlıdır. Referendumdan sonra fevral ayının 21-də ölkənin birinci xanımı Mehriban Əliyeva prezidentin sərəncamı ilə birinci vitse-prezident postuna təyin olundu.
Elə bu ayda ölkənin ən iri oliqarx nazirlərindən biri hesab olunan Nəqliyyat naziri Ziya Məmmədov da prezidentin sərəncamı ilə işdən çıxarıldı. Beləliklə, Nəqliyyat Nazirliyi Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə birləşdirildi.
Ölkədə və xaricdə yüksək hörmətə malik olan energetika naziri Natiq Əliyev isə iyunun 9-da Türkiyədə müalicə aldığı xəstəxanada dünyasını dəyişdi. Onun bir neçə ay boş qalan yerinə isəoktyabr ayının 12-də yeni nazir təyinatı baş tutdu. Pərviz Şahbazov ölkənin energetika naziri oldu.
Bu ilin yekununa isə iki nazirin işdən çıxarılması məsələsi damğa vurdu. Vergilər naziri Fazil Məmmədov və təhsil naziri Mikayıl Cabbarov prezident sərəncamı ilə işdən çıxarıldı. Təhsil naziri Mikayıl Cabbarov vergilər naziri təyin olundu. Təhsil naziri vəzifəsi isə hələ ki, boşdur.
Ölkənin iqtisadi həyatının ən önəmli hadisəsi isə oktyabrın sonunda Bakı-Tbilisi-Qars dəmiryolu xəttinin açılması oldu.
Bu il həmçinin kriminal sferada da mühüm olaylar baş verdi. "Lotu Quli” nin adamları kimi tanınan "Qoca” ləqəbli Etibar Məmmədov və dostu Əli Ağami həbsdən qaçdı. Dustaq aparan qatardan sözügedən şəxslərin qaçması hadisəsi Azərbaycan gündəmində uzun müddət müzakirə olundu.
"Lotu Quli” isə həbsdən azad edildi.
Bu günlərdə isə ömürlük azadlıqdan məhrum edilmiş Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar etdi.
Azərbaycanın idman tarixində ən önəmli hadisə isə "Qarabağ” millisinin Çempionlar Liqasına vəsiqə alması oldu.
Həmçinin bu il 12-22 may tarixlərində Bakı IV İslam Oyunlarına ev sahibliyi etdi.
Mədəni həyatımızda önəmli hadisə isə uzun müddətdən sonra UNESKO dolmanı və musiqi aləti kamançanı Azərbaycanın mədəni irsi kimi tanıdı.
Bu il həmçinin bir sferalarda mühüm şəxslər dünyasını dəyişdi.
Meyxanaçı Bayram Kürdəxanlı və tanınmış diktor Rafiq Hüseynov, dünya şöhrətli alim Lütfi-Zadə, xalq artisti Qəndab Quliyeva vəfat etdi(Qafqazinfo).
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb