Bakıda satılan uşaq dərmanları ilə bağlı şok iddia - "Made in France” yazılsa da...

img

13-12-2017 [11:27]


Uşaqlar üçün satılan "Aquadok” dərmanının saxta olduğu iddia edilib.

"Qafqazinfo”nun verdiyi xəbərə görə, bu barədə sosial şəbəkədə vətəndaş Kamal Heydərov məlumat verib. O bildirib ki, uşaqlara burun üçün sprey olan "Aqualor” almaq istərkən satıcı ona həmin dərmanın alternativi olan "Aquadok” təklif edib:

"Satıcı dedi "Aqulor” yoxdu, "Aquadok” isə Fransanındı, yaxşıdı. Üstünə baxdım, "Made in France” yazılıb. Saytları da qeyd edilib: aquadok.com. Evdə dərmandan gözüm su içmədi, sayta baxmaq istədim, açılmadı. Axtarış edib saytı qeydiyyatdan keçirənin İlqar İsgəndərli olduğunu öyrəndim. Bu da sənə "Made in France”, Çinin hansısa kəndində dərman düzəldib dizaynı, adını oxşadıb, satıcıya, həkimə pul verib satdırırlar. Qiyməti 10 manat, içində də adi duzlu sudur. Aptekdən nəsə alanda baxın, "Made in France”lara aldanmayın”.

Məsələ ilə bağlı Səhiyyə Nazirliyinin mövqeyini öyrənməyə çalışırıq.



Digər xəbərlər
SON XƏBƏRLƏR