“Biz Suriyada qalib gəldik, İraqda qələbə qazandıq, lakin...” – Tramp

img

13-12-2017 [09:10]


Amerika lideri Donald Tramp bəyan edib ki, ABŞ İraq və Suriyada İŞİD terror qruplaşması üzərində qələbəyə nail olub.

Bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

"Bildiyiniz kimi, biz Suriyada qalib gəldik, biz İraqda qələbə qazandıq, lakin onlar digər əyalətlərə yayılırlar. Biz yayıldığı sürətlə onları izləyirik", — deyə Tramp 2018-ci il üçün müdafiə büdcəsinin imzalanma mərasimi zamanı bildirib.

Trampın sözlərinə görə, onun administrasiyasının son 8 ay ərzində İŞİD-lə mübarizədə qazandığı uğurlar, sabiq dövlət başçısı Barak Obama administrasiyasının bütün xidmət müddəti boyu əldə etdiklərindən daha böyükdür/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR