Ədliyyə işçilərinə müavinət nağd verilməyəcək - Nazir yeni qaydanı təsdiqədi

img

12-12-2017 [15:53]


 Azərbaycanda ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsiz qaydada veriləcək.

Bununla bağlı ədliyyə naziri Fikrət Məmmədov "Ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinətin verilməsi Qaydaları”nda dəyişiklik edib.

Dəyişikliyə əsasən, qaydanın 3-cü (Müavinətin ödənilməsi) maddəsinin 2-ci bəndindən "nağd” sözü çıxarılıb. Yəni ədliyyə orqanları işçilərinə müalicə olunmaları ilə əlaqədar birdəfəlik müavinət yalnız nağdsız qaydada ödəniləcək/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR