Valideynləri xəstə övladları üçün xalqa müraciət etdi: "Balaca Cahandarın həyatı sizin əlinizdədir" + FOTO

img

12-12-2017 [12:18]


Məmmədli Cahandar 2007-ci ildə 7 aylıq beyin daxili qansızmayla məcburi olaraq qeysəriyyə yolu ilə anadan olub. 

Doğulduqdan sonra həkimlər ona uşaq serebral iflic diaqnozu qoyublar.

 Cahandar 10 ildi, bu xəstəlikdən əziyyət çəkir. Onun ailəsi indiyə qədər yaşadıqları evi, az-çox dəyəri olan bütün əşyalarını sataraq, onu müalicə etdirib. Ancaq Cahandar hələ də gəzə bilmir. Hazırda həkimlər diaqnozun beyindaxili iflicin tetrapalez formasında olduğunu söyləyirlər.

 İndiyə qədər bir çox klinikalarda imkanlarının yetdiyi qədər müalicəsini (fiziteropiya, nevroloji) etdiriblər. Ancaq artıq ailənin maddi imkanları müalicəyə yetmir. Çünki ailə vəziyyətləri xeyli ağırdır, ailə başçısı 2-ci qrup əlildir, işləmir, böyrəyinin biri yoxdur. Həkimlər Cahandarın müalicəsinin Almaniyada, Ukraynada mümkünlüyünü bildirir və beyin müalicəsi də fizioterapiya ilə bərabər getməlidir. Əgər Cahandara inpilat qoyulsa, sərbəst gəzə biləcək. Uşaq müalicə olunmasa, ayaqları deformasiyaya uğrayacaq və ömürlük şikəst qalacaq. 

Balaca Cahandarın gələcəyi sizin əlinizdədir. Gəlin, körpə balamız üçün imkan daxilində maddi dəstək göstərək! 

Kod: 805465 M.H: AZ03NABZ01350100000002944 
VÖEN: İBAZAZ2X 
Hesab: (AZN) AZ73IBAZ33801019442711 

Unvan: Sabran rayonu, Aygunlu kəndi Məmmədov Bəhram, Məmmədova Sevda 

Tel: 077-345-33-43; 070-500-80-17

Tia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR