Ermənistan ordusunda əsgər əsgəri güllələdi, bir hərbçi isə minaya düşdü

img

12-12-2017 [11:59]


 Ermənistan ordusunun daha bir əsgəri mina partlayışından yaralanıb.

"Report" "news.am"aa istinadan xəbər verir ki, hadisə dekabrın 11-də ön xətt mövqelərində baş verib. 

Partlayış nəticəsində döyüş növbətçiliyi aparan Ermənistan ordusunun əsgəri, 1998-ci il təvəllüdlü Artur Qariki Danielyan yaralanıb. 

Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Arcrun Hovannisyan məlumatı təsdiq edib. 
Hazırda hərbi qulluqçu Berd hərbi hospitalında müalicə olunur. Həkimlər onun vəziyyətini ağır sabit kimi qiymətləndirirlər. 

Qeyd edək ki, bu gün Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində erməni əsgər xidmət yoldaşını güllələyib.

APA-nın Ermənistan mətbuatına istinadən verdiyi məlumata görə, hadisə dekabrın 11-də saat 19.30-da baş verib.

1996-cı il təvəllüdlü Narek Adibekyan xidmət yoldaşının açdığı atəş nəticəsində ölüb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR