Rza Zərrab məhbusa təcavüz edib - Şok iddia

img

07-12-2017 [23:30]


ABŞ-da həbsdə olan və 1 həftədir hakim qarşısında ifadə verən iş adamı Rza Zərrab haqqında növbəti ittiham səsləndirilib.

"Qafqazinfo” "Nyu York Tayms”a istinadən xəbər verir ki, o, Manhattan həbsxanasında olarkən məhbuslardan birinə təcavüz etməkdə ittiham edilir.

Hadisənin 2016-cı ilin noyabr ayında baş verdiyi bildirilir.

Məlumata görə, həmin məhbusun şikayəti əsasında dünən Zərrab haqqında növbəti cinayət işi açılıb. İşə baxan vəkil Aleksey Şaçt isə bildirib ki, kifayət qədər dəlil təqdim edilmədiyi üçün bu gün istintaq dayandırılıb.

Qeyd edək ki, Rza Zərrab bank fırıldaqçılığı və "çirkli pulların yuyulmasında” ittiham edilərək 2016-cı ilin martında ABŞ-da tutulub.



Digər xəbərlər
SON XƏBƏRLƏR