Sabiq aparat rəhbəri kimləri komromatlarla qorxuya saldı və ya Zeynalovun cəzasını yüngülləşdirən səbəblər...

img

07-12-2017 [20:21]


2015-ci ilin oktyabr ayında həbs edilən keçmiş Rabitə və Yüksək Texniogiyalar Nazirliyinin aparat rəhbəri Vidadi Zeynalov tezliklə azadlığa buraxılacaq.

Bu barədə Mia.az-a sabiq aparat rəhbərinə  yaxın şəxs məlumat verib.

Onun sözlərinə görə, noyabrın 7-də Bakı Apellyasiya Məhkəməsi Bakı Ağır Cinayətlər Məhkəməsinin kəsdiyi 13 il həbs cəzasını kəskin azaltmasından sonra Vidadi Zeynalov və ailəsinin ümidəri ciddi formada artıb: 

"Bildiyiniz kimi, Apellyasiya Məhkəməsi sabiq aparat rəhbəri Vidadi Zeynalovun cəzasını 4 ilə endirilib. Vidadi Zeynalova verilən 4 il cəzasının istintaq müddətində iki ilindən çoxunu çəkib. Üstəlik, o, dövlətə vurduğu 7 milyon manatadan çox vəsaitin hamısını geri ödəyib. Məhz buna görə, onun müsadirə olunan əmlaklarının bir qismi özünə geri qaytarıldı. Yəni məhkəmə hökmü ilə müklərin üzərində olan həbs və müsadirə qərarı dəyişdirildi. 

Bütün bunlar isə onun vəziyyətini yüngüləşdirən hallardır. Ancaq bundan da daha çox ortada əsas məsələ sayılan siyasi iradə var. Yəni Vidadi Zeynalovun azadlığa buraxılmasına siyasi elitanın etirazı yoxdur. Əksinə, kompromat qorxusu yaşayan bəzi vəzifəli şəxslər də məcbur olub, onun azadlığına çalışırlar. Ona görə də Zeynalovun Ali Məhkəmə tərəfindən buraxılacağını gözləyin. Artıq sabiq aparat rəhbərinin vəkilləri Ai Məhkəməyə şikayəti də veriblər”.

Məlumatlı şəxsin sözlərinə görə, Ali Məhkəmə ən uzağı qarşıdakı 3 ay ərzində şikayətə baxıb, Vidadi Zeynalovu elə məhkəmə zalından buraxacağı gözlənilir: "Ola bilər ki, onun indiyədək çəkdiyi cəza kifayət sayılacaq, yaxud da şərti cəza ilə sərbəstliyinə qovuşdurulacaq. Hər iki halda, o, uzağı 3 aya evində olacaq”.

Vidadi Zeynalovun üzərindən həbs götürülən əmlaklarna gəlincə isə, müsahibimiz deyir ki, həmin əmlakların hamısı ona geri verilməyib: 

"Vidadi Zeynalov və yaxınlarının ümumi dəyəri 44 milyona yaxın olan 70-ə yaxın  əmlaklarının üzərinə həbs qoyularaq, müsadirəsinə qərar verilmişdi. Bu barədə siyahı mətbuatda yayılmışdı.  Böyük ehtimalla artıq həmin əmlakların böyük bir qismi satılıb, 7 milyondan çox zərərin ödənilməsinə sərf edilib. Bu, bir neçə gün əvvəl mətbuatda üzərindən həbs götürülən əmlaklarla bağlı açıqlanan siyahıdan da açıq görünür. 

Belə ki, Bakı Apellyasiya Məhkəməsinin qərarına əsasən, müsadirə olunan əmakrdan yalnız Vidadi Zeynalovun oğlu Pərviz Zeynalovun adına olan Bakı şəhəri, Xətai rayonu, Telnov küçəsində olan mənzil, Vidadi Zeynalovun bacısı Əminə Seyidovaya məxsus Nobel prospektində olan mənzil, qohumu Fuad Kərimova məxsus Bakı şəhərində olan iki mənzil, qohumu Bəxtiyar Nuriyevi adına olan Bakıda yerləşən 6 mənzil, bacısı Kəmaləyə məxsus bir mənzil, Vidadi Zeynalovun adına Səbail rayonunda olan üç mənzil, qızı Lalə Zeynalovaya məxsus 4 mənzil, bacısı Əminəyə məxsus bir mənzil və bir qeyri-yaşayış sahəsi, bacıları Kəmalə və Əminəyə məxsus daha bir neçə mənzil, oğlu Pərvizə məxsus İsmayıllıda yerləşən torpaq sahələri, qohumu Günel Hüseynlinin adına olan Xırdalanda yerləşən torpaq sahəsi özlərinə verilib. Yəni geri qaytarılan əmlakların böyük hissəsi qohumlarının olub. Oysa ki, müsadirə ediən mülklər arasında daha çox bahalı daşınmaz əmlaklar da vardı. Ancaq Zeynalovun daha dəyərli əmlaklarından söz açan yoxdur. 

Hansı ki, məsələn,  dəyəri 620 min hesablanan Qaradağ rayonu, Sənqəçal qəsəbəsi, Əsas küçə 25 ünvanında yerləşən dəniz mənzərəli villa,  dəyəri 135 min 400 manat hesablanan Qaradağ rayonu, Şanqar qəsəbəsində yerləşən 15 hektar torpaq sahəsi,  dəyəri 1 milyon 500 min hesablanan Səngəçal qəsəbəsi, Əsas küçə 29 ünvanındakı torpaq sahəsi və üzərində yerləşən daha bir villa, həmçinin Bakı, Qəbələ və digər bölgələrdə yerləşən mülklərini Vidadi Zeynalov birdəfəlik itirib”.

Vidadi Zeynalovla bağlı qərarın kəskin dəyişməsinə təkcə əldən çıxan əmlaklarının deyil, eyni zamanda, onun israrlı şəkildə sabiq nazir Əli Abbasovla bərabər,  bəzi vəzifəli şəxsləri də ağıllı formada hədəfə almasının böyük rol oynadığını iddia edən müsahibimiz deyir ki, bütün bunlar onun azadlığa çıxan yolunda sistemli "yol xəritəsi” olub: 

"Bildiyiniz kimi, o, hər məhkəmə prosesində sabiq nazir Əi Abbasovla, hətta hazırkı nazir müavini İltimas Məmmədovla bağlı da sensasion əsaslı faktları açıqlayırdı. Və o, hər prosesdən prosesə kompromatlarn dozasını da artırırdı. Sözsüz ki, bu da çoxlarını narahat edirdi. Belə bir vəziyyətdə Vidadi Zeynalovun vurulan bütün zərəri ödəməyə hazır olması, əksər mülklərindən rahat imtina etməsi də gərginliyin yumşalmasına stimul verdi. Beləliklə, onun mərhələli şəkildə azad olunma planına "hə” deyildi.  Noyabrın 8-də ikinci məhkəmə instansiyası 13 ildən 9 ilini götürdü, son məhkəmə instansiyası da yekun qərarı verəcək”.

"Bəs, BTRİB-in rəisi Beytulla Hüseynovun cəzası niyə 4 ilə  yox, 7.6 ilə düşürülüdü” sualına gəldikdə isə, müsahibimiz deyib ki, Zeynalovla Hüseynovun nə statuslarını, nə də vəziyyətlərini müqayisə etmək doğru deyil: 

"Ən əsası, bilirsiniz ki, o, sabiq MTN şefi Eldar Mahmudovla yaxın qohumdur. Üstəlik, onun xarakteri ilə Vidadi Zeynalovun xarakteri çox fərqlidir. Özündən həddən artıq müştəbeh olan Beytulla Hüseynovun 13 il cəzasının 7.6 ilə düşürülməsi belə, məncə, gözlənilməz idi. Görünür, həbs edilənlər haqda verilən ümumi qərar və onun da ödədiyi zərərin səviyyəsi bu qərara məcburi təsir edib. Sözsüz ki, o da digərləri kimi azadlığa qovuşmaq üçün çalışırdı, yenə də çalışır.  Lakin şəxsən inanmıram ki, Ali Məhkəmə Eldar Mahmudovla bağlı qeyri-müəyyənliyin davam etdiyi bir ərəfədə onu azadlığa buraxsın. Ola bilər cəzasının 1-2 ilini götürə bilərlər. Başqa sözlə desək, son instansiya məhkəməsində onu azadlığa çıxma ehtimalı 5 faiz həddində deyil”. 

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR