Fələstində ara qarışdı - İsrail hərbçiləri ilə fələstinlilər toqquşdu, xeyli yaralı var

img

07-12-2017 [17:30]


ABŞ prezidenti Donald Trampın qərarına etiraz edən fələstinlilərlə İsrail hərbçiləri arasında toqquşma nəticəsində 16 nəfər xəsarət alıb.

Fələstinin Ramallah və Beytüllahim şəhərələrində etiraz aksiyası keçirilib.

İordan çayının qərb sahilində etiraz aksiyasının 14 iştirakçısı hərbçilərin nümayişçilərə qarşı istifadə etdiyi gözyaşardıcı qazdan zəhərlənib, daha iki nəfər isə atılan plastik güllədən zədələnib.

Qeyd edək ki, "Həmas” lideri İsmayıl Həniyə ABŞ prezidentinin qərarına etiraz olaraq ikinci "intifada”nın, üsyanın başladığını elan edib. İsrail hakimiyyəti İordan çayının qərb sahilindəki hərbçilərinin sayını artırıb/Report.

Digər xəbərlər
SON XƏBƏRLƏR