Deputat Yevda Abramov reanimasiyaya yerləşdirildi: Təcili əməliyyat olundu (Yenilənib)

img

07-12-2017 [14:01]


Milli Məclisin deputatı Yevda Abramov səhətində ciddi problemlər yaranıb.

Mia.az xəbər verir ki, bu barədə Unikal.org-a açıqlamasında millət vəkilinin qızı Bəsdi Abramov deyib:

"3 gün əvvəl atamın səhətində problem yarandı və xəstəxanaların birinə yerləşdirdik. Həkimlər atamda onkoloji xəstəlik aşkar etdilər. Bu gün Milli Onkologiya Mərkəzinə yerləşdirilib və hazırda xəstəxada cərrahi əməliyyata götürülüb. İki saat əməliyyat olacaq. Hələlik atamın səhhəti ilə bağlı heç nə deyə bilmirəm”.

*** 

Yevda Abramovun əməliyyatı bitdi və reanimasiyaya yerləşdirildi. Bu barədə millət vəkilinin qızı Bəsdi Abramova Unikal.org-a ağlayaraq deyib:  "Reanimasiyaya yerləşdirildi. Həkimlər nədənsə mənə şad xəbər vermədilər. Yevda müəllimin köməkçisi hazırda onun yanına reanimasiyaya qalxıb və mənə isə icazə vermədilər".


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub