ABŞ-dan Fələstinə daha bir zərbə - Maliyyə yardımları dayandırıldı

img

07-12-2017 [10:43]


Donald Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması ilə paralel olaraq ABŞ hökuməti Fələstinə iqtisadi blokada tətbiq edib.

Publika.az xəbər verir ki, ABŞ Təmsilçilər Məclisi Fələstinə edilən yardımların kəsilməsinə qərar verib.

Beləliklə, İsrail tərəfindən cəzalandırılan və ya həbs edilən fələstinli ailələrə ödənilən 300 milyon dollarlıq pul yardımı dayandırılıb. 

Bu barədə Xarici İşlər Nazirliyinə də xəbərdarlıq göndərilib.

Fələstin hökumətinə isə zərər çəkən ailələrə maliyyə yardımının dayandırılması barədə tələb göndərilib. Qərara şərh verilmədiyi üçün layihə yenidən müzakirə edilməyəcək. Layihənin təsdiq edilməsi üçün ABŞ senatı və prezident tərəfindən imzalanması lazımdır.

Maliyyə blokadası Qərbi Şəriə bölgəsində xidmət edən təhlükəsizlik qüvvələrindən başqa, sadəcə Qüds ərazisindəki fələstinlilər üçün nəzərdə tutulub. Yardım layihəsinin Donald Trampın Qüdsü paytaxt elan etməsindən sonra ləğv edilməsi xeyli diqqət çəkib. Beləliklə, ABŞ Fələstini həm siyasi, həm də iqtisadi blokadaya salıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR