Şriftin ölçüsü / 212 dəfə oxunub

Fələstin ABŞ-ın vasitəçiliyindən imtina etdi: "Tramp regionu xaos və cəhənnəmə qərq edəcək"

06 Dekabr 2017 [23:52]

Fələstin İsrail ilə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edib.

Bunu Fələstinin Rusiyadakı səfiri Əbdül Hafiz Nofəl bəyan edib.

"Son ana qədər inanmırdıq ki, Tramp bu cür təhlükəli addım atacaq. Düşünürəm ki, bu regiona xaos və cəhənnəmə qərq edəcək. Hər bir fələstinli kimi, ərəb dünyası liderlərindən heç biri bu qərarı qəbul etməyəcək”, deyə səfir qeyd edib.

Onun sözlərinə görə, Trampın Qüdsü İsrailin paytaxtı kimi tanıması düşüncəsiz hərəkətdir.

"Bu səbəbdən Fələstin olaraq biz İsrail ilə sülh prosesi üzrə danışıqlarda ABŞ vasitəçiliyindən imtina edirik”, deyə Əbdül Hafiz Nofəl bəyan edib/APA. 



SON XƏBƏRLƏR