Azərbaycan-Qazaxıstan Hökumətlərarası Komissiyanın iclası keçiriləcək - Bakıda

img

06-12-2017 [20:32]


Sabah Bakıda Azərbaycan Respublikası və Qazaxıstan Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə  Birgə Hökumətlərarası Komissiyanın 14-cü iclası keçiriləcək. 

Energetika Nazirliyindən Mia.az-a verilən məumata görə, iclasda hökumətlərarası komissiyanın həmsədrləri, Azərbaycanın energetika naziri Pərviz Şahbazov və Qazaxıstanın energetika naziri Kanat Bozumbayevin başçılıq etdikləri nümayəndə heyətləri iştirak edəcək. 

Tədbirdən əvvəl hər iki ölkə nümayəndələrinin Fəxri Xiyaban və Şəhidlər Xiyabanına ziyarəti nəzərdə tutulub. Energetika Nazirliyində Azərbaycan və Qazaxıstan energetika nazirlərinin ikitərəfli görüşünün ardından, Hökumətlərarası Komissiyanın iclası keçiriləcək. Komissiyanın gündəliyinə iki ölkə arasında iqtisadiyyat, yanacaq-energetika, nəqliyyat, kənd təsərrüfatı, əmək, məşğulluq və sosial müdafiə, mədəniyyət və turizm, təhsil və ətraf mühitin mühafizəsi  sahələrində əməkdaşlığa dair məsələlər daxil edilib. Həmçinin Hökumətlərarası Komissiyanın 2016-ci il sentyabrın 22-də Astanada keçirilmiş 13-cü iclasının Protokolunda qeyd olunan müvafiq sahələr üzrə görülmüş işlər, eləcə də ikitərəfli sərgi və biznes-forumların təşkili, müqavilə-hüquqi bazanın inkişafı, gənclər siyasəti və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçiriləcək.

Gündəlikdəki məsələlərin müzakirəsinin yekunu olaraq Protokol imzalanacaq.


Digər xəbərlər
SON XƏBƏRLƏR