Toyda kütləvi dava: bıçaqlananlar var - Sabirabadda

img

06-12-2017 [19:41]


Sabirabadda keçirilən toy şənliyində kütləvi dava olub.
 
Hadisə rayonun Qaragüney kəndində baş verib.
 
Toyda bir nəfər bir neçə şəxsə bıçaqla xəsarət yetirib. Xəsarət alanlardan iki nəfər - Sabirabad sakini, 1980-ci il təvəllüdlü Xudayarov Orxan Adıgözəl oğlu və Bakı sakini, 1988-ci il təvəllüdlü Əhmədov Emil Məhəmməd oğlu Şirvan Şəhər Xəstəxanasında əməliyyata götürülüb.
 
Faktla bağlı hüquq-mühafizə orqanları araşdırma aparır/APA.

Digər xəbərlər
SON XƏBƏRLƏR