Saakaşvilinin tərəfdarları Tbilisidə ayağa qalxdı - "Azadlıq" meydanına doğru yürüş + FOTO

img

06-12-2017 [14:50]


Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvünün ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin müdafiəsi üçün Tbilisidə keçirdiyi dəstək aksiyası yürüşlə davam edir.  

Aksiya iştirakçılarının paytaxtın "Azadlıq" meydanına doğru yürüşü başlayıb. 

Ərazidə nəqliyyatın hərəkəti iflic olub.

***

Gürcüstanıın "Vahid Milli Hərəkat" Partiyasının yüzlərlə üzvü, ölkənin sabiq prezidenti Mixeil Saakaşvilinin tərəfdarları Tbilisidə dəstək aksiyası keçirirlər. 

"Rustaveli" metro stansiyasınin qarşısına toplaşmıs 500-dək insan Ukrayna hökümətindən M.Saakaşvilinin təqibinə son qoymağı tələb edib, beynəlxalq ictimaiyyətin bu məsələyə diqqətini cəlb ediblər. 

Aksiya iştirakçıları M.Saakaşvilinin Ukraynada təqib olunmasında Gürcüstan hökumətini də günahlandırıblar. 

Havanın yağmurlu və soyuq olmasına baxmayaraq, aksiyaya gələnlərin sayı artır.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR