06-12-2017 [10:27]
Prezident İlham Əliyev komandasında mühüm dəyişiklik edib. Dekabrın 5-də prezident vergilər naziri Fazil Məmmədovu tutduğu vəzifədən azad edib.
Prezident İlham Əliyevin digər sərəncamı ilə təhsil naziri Mikayıl Cabbarov vəzifəsindən azad olunub; o, başqa bir sərəncamla vergilər naziri təyin edilib.
Qeyd edək ki, son vaxtlar Fazil Məmmədovun rəhbərlik etdiyi nazirliyin fəaliyyətindən sahibkarlar, iş adamları ciddi narazılıq edirdilər. Sahibkarlar qeyd edirdilər ki, vergi müfəttişləri onlara gözünü açmağa imkan vermir, ən müxtəlif bəhanələrlə "haqq” tələb edir, cərimə yazırdılar.
Bu barədə "Yeni Müsavat”ın yazdığına görə, Fazil Məmmədovun tutduğu postdan kənarlaşdırılması gözlənilən olub. Hətta onun istefaya göndərilməsi üçün müraciət etdiyi, son vaxtlar, ümumiyyətlə işdə görünmədiyinə dair iddialar da vardı. Daha sonra bu iddialar təsdiqləndi və məlum oldu ki, Fazil Məmmədov tutduğu vəzifəni daha icra etmək istəmir, ya da onu icra edəcək vəziyyətdə deyil.
Musavat.com yazır ki, F.Məmmədovun vəzifəsindən azad olunmasının bir səbəbi də MTN işi çərçivəsində istintaqın bir ucunun vergilər naziri və onun müavinlərinə gedib çıxdığı ola bilər. Fazil Məmmədovun sahibkarların maliyyə göstəricilərinin MTN çetesinə çatdırılmasında müəyyən rolunun olması şübhə doğurur. Hətta F.Məmmədovun da sabiq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov kimi Eldar Mahmudova aylıq haqq ödədiyi barədə də iddialar var.
F.Məmmədovun vəzifəsini itirməsinin daha bir səbəbi sahibkarların son vaxtlar getdikcə güclənən narazılığı da ola bilər. Xatırladaq ki, prezidentin təşəbbüsü ilə sahibkarlıq subyektlərinin yoxlamaları dayandırılıb. Bu zaman yalnız vergi yoxlamalarına icazə verilib. Vergi orqanları isə bu statusdan ifrat səviyyədə istifadə etməkdəydilər.
Vergi orqanı ilə sahibkar münasibətləri, sahibkarlıq subyektlərilə iş prinsipləri və ümumilikdə dövlət-sahibkar münasibətlərində müasir dövrün tələblərinə uyğun hər hansı ciddi addım müşahidə etmək olmur. Bundan əlavə, vergi orqanlarında ciddi şəkildə peşəkar kadrların çatışmazlığı da açıq hiss olunur.
Bütün bunların yekunu olaraq F.Məmmədovun vəzifədən alınmasına qərar verilib. Maraqlıdır ki, prezidentin bununla bağlı sərəncamı elan olunan gün F.Məmmədovun nazirlikdə geniş kollegiya iclası keçirməsinə dair məlumat da yayılmışdı. İclasda əsas müzakirə mövzusu vergi orqanlarının dövlət büdcəsi proqnozlarına vaxtında əməl olunması üçün səfərbər edilməsi olub.
Azərbaycanın post-neft dövrü üçün vergi sistemində islahatlar olduqca mühüm məsələdir və son illərdə bu yöndə müəyyən addımlar atılmışdı. Fazil Məmmədovun yerinə etibarlı, potensiallı, Qərb metodlarını mənimsəmiş şəxs kimi, habelə Təhsil Nazirliyində rəhbər olduğu müddətdə şəffaf mühit yaratmağa müvəffəq olmuş Mikayıl Cabbarovun gətirilməsi ondan xəbər verir ki, dövlət rəhbərliyi vergi sistemini maksimum şəffaflaşdırmaq, köklü islahatlar aparmaq qərarında israrlıdır. Ekspertlər hesab edir ki, Mikayıl Cabbarov vergi sistemində çalışmasa da, bir nazir olaraq şəffaflığı təmin etməyə qadir olduğunu təsdiqlədiyi üçün bu posta müvafiq hesab olunub. Lakin o, iqtisadi sferadan kənar şəxs deyil. Mikayıl Cabbarov 2004-2009 -cu illərdə iqtisadi inkişaf nazirinin müavini vəzifəsini tutub. Daha sonra mürəkkəb təsərrüfat olan "İçərişəhər” Dövlət Qoruğunun rəhbəri vəzifəsini uğurla icra edib. Onun təhsil naziri kimi fəaliyyəti də bu sistemin sağlamlaşdırılması, islahatların aparılması və şəffaflaşdırma istiqamətində olub.
Daha bir maraqlı məqam isə yeni təhsil nazirinin kim olacağı ilə bağlıdır. Qəzet çapa hazırlananda bu barədə rəsmi məlumat yox idi. Lakin nazirlik başsız da qalmayıb - Azərbaycan prezidenti İlham Əliyevin sərəncamına əsasən, Ceyhun Bayramov təhsil nazirinin vəzifələrini icra edəcək. Bundan öncə Ceyhun Bayramov Azərbaycan təhsil nazirinin müavini vəzifəsində çalışıb.
Məsələyə siyasi tərəfdən yanaşan ekspertlər bildirir ki, 2018-ci il seçki ili olduğundan prezidentin idarəetmədə ciddi dəyişikliklər edəcəyi, qarşıdakı aylarda 2 və ya 3 naziri də yeniləyəcəyi, habelə icra başçılarının bir çoxunun dəyişdiriləcəyi gözlənilir. Görünən budur ki, dövlət rəhbərliyi 2017-ci ildən daha ciddi start götürən kadr dəyişikliklərini genişləndirir. Bir sözəl, prezident ölkənin icra sistemini dəyişəcək, neqativ yüklü və artıq oliqarxlaşmış məmurları vəzifəsindən azad edəcək. Onların yerinə isə Azərbaycana özünün gətirdiyi ASAN sistemini quracaq. Yəni rüşvətsiz, korrupsiyasız, şəffaf bir icra sistemi inşa ediləcək. Hazırda ASAN Xidmət kimi tanınan bu sistem əslində prezidentin pilot layihəsidir; onu təkmilləşdirərərək, özünün gələcək siyasi sistemini bu model əsasında qurmağı planlaşdırır.
Vergilər sistemi ölkə iqtidarının iş sektoru ilə təmas xəttidir. Buranı təmizləmək, insaniləşdirmək və ASAN-laşdırmaq əslində ən mühüm islahatlardan biridir. Bu səbəbdən də sistemin başına elə birisi gətirilməlidir ki, o, rüşvət almasın, oliqarx olmasın, feodal heç olmasın; Mikayıl Cabbarov bu tələblərə cavab verən bir fiqurdur.
Beləliklə, hökumətdə ciddi, permanent dəyişikliklər davam edir. Bu prosesdə hökumətin başçısının da dəyişəcəyi gözləniləndir. Bu baxımdan, hələ bizi qarşıda çox maraqlı proses gözləyir.
Mia.az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"