Bu ərazilərdə ev tikmək olmaz! - Nazirlikdən xəbərdarlıq + Video

img

05-12-2017 [22:19]


Qurunt sularının mövcud olduğu ərazilərdə fərdi yaşayış evi tikmək sonradan bir sıra problemlərin ortaya çıxmasına səbəb olur.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin rəisi Əziz Qaralovun sözlərinə görə, qurumun əməkdaşları tərəfindən respublika ərazisində sürüşmə və subasma ərazilərinin atlası hazırlanaraq icra hakimiyyəti orqanlarına verilib.Vətəndaşlar torpaq sahəsi almazdan öncə həmin torpaq sahəsində qurunt sularının mövcud vəziyyəti ilə bağlı məlumatı həm icra hakimiyyəti orqanlarından, həm də Ekologiya və Təbii sərvətlər nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətindən öyrənə bilərlər.

Yeri gəlmişkən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin əməkdaşları paytaxtın bir neçə ərazisində araşdırma aparıblar. Məlum olub ki, Abşeron, Binəqədi və Sabunçu rayonlarının bir neçə ərazisində qurunt sularının səviyyəsi yüksəkdir.

Əziz Qaralovun sözlərinə görə, ərazilərdə qurunt sularının səviyyəsinin qalxmasına əsas səbəb həm atmosfer yağıntılarının normadan artıq olması, həm də ərazilərdə kanalizasiya sisteminin olmamasıdır.

Qurumdan həmçinin o da bildirildi ki, subasan bu ərazilərdə drenaj şəbəkəsinin qurulması vacibdir/XezerTV.


Digər xəbərlər
SON XƏBƏRLƏR