Hacı Məmmədovun ata evi və müsadirə olunan villası - FOTOLAR

img

05-12-2017 [19:21]


Ötən gün cəzaçəkmə müəssisəsində intihar edən Daxili İşlər Nazirliyi (DİN) Cinayət Axtarış Baş İdarəsinin keçmiş baş əməliyyat müvəkkili Hacı Məmmədovun Abşeron rayonunun Saray qəsəbəsindəki ata evi baxımsız vəziyyətə düşüb.

Mia.az xəbər verir ki, "ölkə.az"ın əməkdaşı həmin evin fotolarını çəkib. Hazırda evdə heç kəsin yaşamadığı müəyyən olunub. Fotolardan da aydın olur ki, evdə uzun müddətdən bəri yaşayış olmayıb.

Hacı Məmmədovun Saray qəsəbəsində dəbdəbəli villasının da fotolarını çəkə bilmişik. Qəsri xatırladan dəbdəbəli villa hazırda Hacı Məmmədova məxsus deyil. Məhkəmənin qərarı ilə Hacı Məmmədovun əmlakı müsadirə olunan zaman həmin villa da əlindən alınıb.

Xatırladaq ki, DİN-in həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. Hadisə dekabrın 3-də Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ixtisaslaşdırılmış müalicə müəssisəsində baş verib.



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR