Hacı Məmmədov türmədə özünü öldürdü - Prokurorluq gözlənilməz intiharla bağlı cinayət işi açdı

img

03-12-2017 [23:54]


Daxili İşlər Nazirliyinin həbsdə olan sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov intihar edib. 

Xəzər rayon Prokurorluğundan APA-ya verilən məlumata görə, hadisə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin vərəm üzrə ixtisaslaşdırılmış müəssisəsində baş verib. 

Müəssisədə müalicə alan Hacı Məmmədov özünü asaraq intihar edib və onun həyatını xilas etmək mümkün olmayıb. 

Hazırda hadisə yerində Xəzər rayon Prokurorluğunun əməkdaşları işləyir. 

Faktla bağlı Cinayət Məcəlləsinin  125-ci maddəsi ilə (özünü öldürmə həddinə çatdırma) cinayət işi başlanıb, intiharın səbəbləri araşdırılır. 

Xatırladaq ki, DİN-in sabiq baş əməliyyat müvəkkili Hacı Məmmədov və daha 26 nəfər 2005-ci ilin martın 9-dan 10-na keçən gecə MTN-in həyata keçirdiyi "Qara kəmər” əməliyyatı nəticəsində həbs edilmişdilər. H. Məmmədova qarşı Cinayət Məcəlləsinin 80 maddəsi ilə ittiham irəli sürülüb, barəsində əmlakı müsadirə olunmaqla ömürlük həbs cəzası çıxarılmışdı.

Məhkəmənin hökmünə əsasən, DİN-in Baş Cinayət Axtarış İdarəsinin keçmiş rəisi Zakir Nəsirov və daha 8 nəfər də ömürlük həbs cəzasına məhkum edilib. Lakin sonradan Zakir Nəsirovun cəzası azaldılıb və o, ötən il əfvlə azadlığa buraxılıb.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR