Prezident icra başçısını işdən çıxardı, “Azəravtoyol”un əməkdaşına vəzifə verdi - Sərəncam

img

02-12-2017 [16:24]


Bu gün Prezident İlham Əliyev iki sərəncam verib.

Mia.az xəbər verir ki, sərəncam əsasən, Yaşar Qəhrəman oğlu Məmmədov Quba Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.

Prezidentin digər sərəncamı ilə Ziyəddin İsmayıl oğlu Əliyev Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin olunub.

Qeyd edək ki, yeni icra başçısı Ziyəddin Əliyev uzun illər "Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətində müxtəlif vəzifələrdə işləyib. O, bu ilin fevral ayında Prezidentin sərəncamı ilə Azərbaycanda yol-nəqliyyat infrastrukturunun inkişafında xidmətlərinə görə "Əməkdar mühəndis” fəxri adı alıb.

Keçmiş icra başçısı Yaşar Məmmədov isə sabiq nazir Ziya Məmmədovun yaxın qohumudur.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR