Qadağan olunan informasiyaların yerləşdirilməsinə görə vəzifəlilər cərimələnəcək – Parlament təsdiqlədi

img

01-12-2017 [13:11]


Azərbaycanda yayılması qadağan edilən informasiyanın yerləşdirilməsinə görə vəzifəli şəxslər cərimələnəcək.

Bununla bağlı İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilib.

Belə ki, internet informasiya ehtiyatı "Yayılması qadağan edilən informasiyanın yerləşdirildiyi informasiya ehtiyatlarının siyahısı”na daxil edildikdən dərhal sonra host-provayder və internet provayder tərəfindən həmin internet informasiya ehtiyatına müraciətin məhdudlaşdırılmamasına görə vəzifəli şəxslər 1500 manatadək, hüquqi şəxslər 2 min manatdan 2500 manatadək məbləğdə cərimə ediləcək.

Milli Məclisin iclasında qanun layihəsi səsə qoyularaq qəbul edilib.

Modern.az



Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR