27-11-2017 [11:12]
Müdafiə sənayesi naziri Yavər Camalovun qohumlarının adı növbəti qalmaqalda hallanıb.
Mia.az musavat.com-a istinadən xəbər verir ki, nazirin adının yenidən gündəmə gəlməsinin budəfəki səbəbkarı qardaşı oğlu Aqşin Camalovdur.
Xatırladaq ki, bir neçə ay əvvələ qədər onun atası Əlikram Camalovun adı 18 min manat sələmə pul verməsinə görə aylarla gündəmdə qalmışdı.
İndi isə daha bir qalmaqal Ə.Camalovun oğlu Aqşin Camalovun üzərindən gündəmə gəlməkdədir. Ortada 63 min manat dəyərləndirilən "BMW X 6" avtomobilinin nazirin qardaşı oğlu tərəfindən yoxa çıxarılması məsələsidir. Hazırda maşının sahibi Nağı Əliyev-Kəngərli məhkəmələrdə nazirin qardaşı oğlunun onu saldığı labirintdən yol axtarmaqdadır.
"2015-ci ilin əvvəlində 1 neçə ay sonra bankın pulunu ödəyə bilməyəcəyimiz aydın oldu. Ona görə də oğlum Tural Əliyevə kreditlə aldığımız maşını aparıb avtosalona qoyduq. Salonun sahibi Dəyanət Qurbanov bir gün zəng elədi, dedi ki, müştəri var, maşını satıram. Müştəri nazir Yavər Camalovun qardaşı oğlu Aqşin Camalov idi” - hazırda məhkəmələrdə haqqını tələb edən Nağı Əliyev-Kəngərli belə deyir. Onun sözlərinə görə 2013-cü ildə "Azəriqazbank”dan kreditlə "BMW X6" markalı, Az 10 ZU 747 dövlət qeydiyyat nişanlı avtomobili alıblar: ”Mənimlə "AG Bank” ASC arasında 21 iyun 2013-cü il tarixdə illik 24 faiz dərəcəsi ilə 36 ay müddətinə 63 min ABŞ dolları məbləğində kredit verilməsi barədə müqavilə bağlandı. Girov təminatı kimi aldığımız "BMW X6" markalı maşın bankın xeyrinə yüklü edildi.
N.Əliyev-Kəngərli deyir ki, bu alqı-satqıdan 2 ay sonra bankdan ona zəng edib deyiblər ki, Aqşin Camalov ödəniş etmir:
"Mən avtomobilin satıldığı günə olan cədvəl üzrə borcu tam olaraq ödəmişdim. Bank nümayəndələrinin və mənim birgə səylərimiz nəticəsində avtomobil tapılaraq saxlanıldı. Aqşin Camalov bundan sonra banka gəldi, həmin günədək olan kredit borcunu ödədi. Ona bankda izah etdilər ki, avtomobili alıb, sahibi də odur, müvafiq olaraq kreditləri də ödəməlidir. Elə orada bankın əməkdaşları mənə sənədlər verib imza etdirdilər. Dedilər ki, mənim banka heç bir borcum qalmır. İpoteka və kredit müqaviləsi avtomobili alan Aqşin Camalovla bağlanacaq”.
N.Əliyev-Kəngərli deyir ki, ötən 2 il ərzində onu satdığı avtomobillə bağlı narahat edən olmayıb:
"2017-ci ilin oktyabrında Nərimanov Rayon Məhkəməsindən iddia ərizəsi aldım. İddia ilə tanış olanda başa düşdüm ki, bankla avtomobili məndən alan Aqşin Camalov saxtakarlıq ediblər. Mən 2015-ci ilin iyununda bankın razılığı və iştirakı ilə Aqşin Camalova satmışam.
Bundan sonra Aqşin Camalov bankın razılığı ilə maşının nömrə nişanını düz 3 dəfə dəyişib. Əgər bank razılıq verməsəydi, Aqşin Camalov nömrə nişanını dəyişə bilməzdi! Deməli, bank Aqşin Camalovu maşının sahibi kimi qəbul edib və ona nömrə nişanını dəyişmək üçün 3 dəfə icazə verib. Belə bir halda Aqşin Camalovdan kredit müqaviləsi üzrə öhdəlikləri - yəni ödəniş etməsini niyə tələb etməyiblər?”
N.Əliyev-Kəngərli bank rəsmilərini də qanunsuzluq etməkdə suçlayıb:
"Bank məhkəmədə mənə qarşı iddia qaldırdıqdan sonra bilmişəm ki, lap əvvəldən mənə qarşı saxtakarlıq ediblər. Maşını bankın razılığı ilə Aqşin Camalova satanda kredit müqaviləsini onun adına rəsmiləşdirməli idilər. Bunun əvəzində isə mənimlə bağlanan 21 iyun 2013-cü il tarixli kredit müqaviləsinə 22 aprel 2015-ci il tarixli 1 nömrəli əlavə razılıq, həmçinin maşını alan Aqşin Camalovla 28 avqust 2015-ci il tarixdə zaminlik müqaviləsi bağlayıblar. Məni isə kredit müqaviləsində borclu kimi saxlayıblar!”
N.Əliyev-Kəngərli deyir ki, maşını alanda bank ondan hər hansı bir zamin tələb etməyib:
"Belə olan halda mənimlə hər hansı tanışlığı, qohumluq əlaqəsi, iş birliyi və digər əlaqəsi olmayan Aqşin Camalovla 2 ildən sonra mənim xəbərim və məlumatım olmadan mövcud müqavilələr üzrə zaminlik müqaviləsi bağlaması qanunsuz və əsassızdır. Üstəlik sənədlərdə imzalar da saxtalaşdırılıb. Nəsimi rayon məhkəməsinə də müraciət etmişik. Maşının saxlanılması üçün də polisə müraciət etmişik.
Bizə məlumat verilib ki, maşın sonuncu dəfə Gürcüstan sərhəddinə yaxın ərazidə nəzarət kameralarına düşüb. Ehtimalımız budur ki, maşını Gürcüstan ərazisinə keçiriblər. İstənilən halda maşına görə cavabdehlik Aqşin Camalovun üzərindədir.
O bizdən gizlənir. Telefon zənglərimizə cavab vermir. Bu adam nazirin qardaşı oğludur deyə mənə qarşı belə saxtakarlıq olunmalıdır? Hüquq mühafizə orqanlarından tələb edirəm ki, Aqşin Camalovun yerini müəyyən edib məhkəmədə cavab verməsini təmin etsinlər”.
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Spiker 830 min manatlıq kompüter alır
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb