22-11-2017 [17:20]
Məhəmməd Əmin Rəsulzadənin ikinci həyat yoldaşı Leyla xanımın (Vanda xanım) məzarını tapılması ilə bağlı yayılan xəbərlər media orqanları və sosial şəbəkələrdə böyük marağa səbəb olub.
Azərbaycan Cümhuriyyətinin 100 illik yubileyi ərəfəsində bu cür addımların atılması, medianın da bu barədə yazması çox təqdirəlayiqdir.
Modern.az bu yazısında Vanda xanım haqqında ətraflı məlumatı verib, onun kimliyi, Rəsulzadə ilə necə tanış olmaları, birlikdə yaşadıqları həyat barəsində söz açmayacaq. Təbii ki, deyilən faktların da oxuculara çatdırılması çox vacibdir və Cümhuriyyətin 100 illiyi ərəfəsində başqa AXC xadimləri kimi, Rəsulzadənin də ailəsi, həmçinin, Leyla xanımla bağlı yazılar saytımızda yer alacaq. Amma bu dəfə məzarı tapılan Leyla xanımın ondan əvvəlki "məzarı” haqqına danışacağıq. Çünki Rəsulzadə 1956-cı ilin martında dünyasını dəyişəndən sonra Leyla xanım uzun müddət həmin "məzar”da tək-tənha yaşadı. Düz 18 il Rəsulzadəsiz, bir kimsəsiz "məzar” dediyimiz dar mənzildə ömür sürdü. 1974-cü ildə isə dünyasını dəyişdi. Ondan sonra isə Leyla xanım haqqında kimsənin məlumatı olmadı. Məzarı da heç axtarılmadı. Nədənsə, bizim tədqiqatçılar ömrünü Rəsulzadəyə xərcləyən bu böyük qadını unutdular.
Nəsiman Yaqublu (tanınmış araşdırmaçı, Rəsulzadəşünas alim) özünün araşdırmalarının birində həmin ev barəsində bunları yazır:
"Rəsulzadə və xanımının Ankaradakı yaşayışı çox da yüksək səviyyədə deyildi. Ankara milli kitabxanasında məmur işləyir, ayda 150 lirəyə qədər maaş alırdı. O pulun da 40-50 lirəsini kirə haqqına verirdi. Evi Ankarada, Sakariyə caddəsində zirzəmiyə oxşayan bir yerdə yerləşirdi. Evində zəngin şərait də yox idi: bir dəmir çarpayı, iki kreslo, stol... O, sadə yaşamağa adət etmişdi. Otuz ildən də çox belə "köçəri” həyat yaşamışdı”.
Vanda xanımla şəxsən görüşən türkiyəli araşdırmaçı-yazar Bülənt Danışoğlu onun barəsində yazdığı "Polşalı azəri gəlini Vanda Rəsulzadə” adlı məqaləsində maraqlı xatirələri işıqlandırıb. Bu xatirələrdə həmin "məzar”dan da söz açılır:
"Leyla xanımı 1970-ci illərdə tanıdım. Qızılırmak sokakda, indi Ankapol sinemasının olduğu yerdəki binanın bir zirzəmi qatında qalırdı. Həmin küçəyə köçdüyümüz gündən bəri hər gün itinin ipindən tutaraq titrək addımlarla yeridiyini görərdik. Arıq, ağbəniz, gülərüzlü, yaşlı, amma gözləri parıldayan bir qadındı. Məhəllə əsnafı ona "madam" deyə xitab edərdi. Ləhcəsindən türk olmadığı anlaşılırdı. Sonra bir gün anam onu evimzə dəvət etdi. Madamın adının Leyla olduğunu o zaman öyrəndim. Zatən, özü də bir müddət sonra adının Vandadan Leylaya dönüşməsinin hekayəsini anlatmışdı. Sevgili qocası "Leyli və Məcnun" əhvalatını danışmış və adının Leyla olmasını istəmişdi. Qocası, yəni Azərbaycan Cümhuriyyətinin qurucusu və ilk cümhur başkanı Məhəmməd Əmin Rəsulzadə...”.
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Qırğızıstan prezidenti Füzuli və Ağdama gedib - (Yenilənib)
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR