"Elə bir situasiya yaranıb ki, Ermənistan bir neçə rayonu qaytarmağa hazırdır, ancaq qorxurlar..." - Kremlin ideoloqu

img

22-11-2017 [15:48]


Rusiyalı tanınmış yazıçı-publisist və ictimai xadim, Kremlin ideoloqlarından hesab olunan Aleksandr Proxanov Rusiya XİN rəhbərinin Bakı və İrəvana ziyarətini müsbət hadisə sayır. 

Mia.az Musavat.com-a istinadən xəbər verir ki, bu barədə o, "Moskva-Baku” portalına danışarkən deyib.

"Bildiyiniz kimi, ötən yay Azərbaycan prezidenti İlham Əliyevin dəvəti ilə Bakıda olmuşam, Dağlıq Qarabağ konfliktinə Azərbaycanın baxışını başa düşmüşəm. Bundan sonra mən erməni hərbçilərinin təmsilçiləri ilə görüşüb onların nöqteyi-nəzərini öyrəndim. Bizim yadımızdadır ki, 2016-cı ilin aprel hadisələri zamanı Azərbaycan ərazilərin bir qismini geri qaytara bilib, strateji Lələtəpə yüksəkliyini tutub” - o, söyləyib.

Proxanovun sözlərinə görə, bu gün elə bir situasiya yaranıb ki, Ermənistan Dağlıq Qarabağ ətrafında bir neçə rayonu qaytarmağa hazırdır:  "Ancaq Ermənistanda qorxu var ki, həmin rayonlar geri veriləndən sonra hərbi status-kvo pozulacaq və Azərbaycan qaytarılmış ərazilərdə hərbi obyektlər yaradacaq.

"Rusiya - hansı ki, onun üçün bu regionda sülh çox vacibdir, - onda maraqlıdır ki, kövrək sabitlik içində olan bölgə partlayış həddinə gəlməsin və konflikt bacardıqca tez bitsin. Rusiya vasitəçi olaraq, əlindən gələni edir və edəcək ki, Azərbaycanın və Ermənistanın mövqelərini yaxınlaşdırsın. Lavrovun Bakı və İrəvana səfəri də bunu deyir. Rusiya nizamlamaya hədəflənib. Bugünkü fakt ki, Ermənistan rayonları geri verməyə hazırdır - böyük irəliləyişdir”.

Kremlin ideoloqu tezliklə Qarabağa gedəcəyinin anonsunu da verib: "Yaxın vaxtlarda mən Bakıya və Dağlıq Qarabağ konflikti ərazisinə səfər edəcəyəm ki, orada iclas keçirəm, münaqişənin mahiyyətini tədqiq edəm. Bizim üçün bu dəqiqə əsas məsələ - Rusiya və Azərbaycan intellektuallarının dəyirmi masasını keçirməkdir - özü də hələ ki güllə səsləri gələn və təhlükə olan rayonlarda. Biz orada Dağlıq Qarabağ problemini həll eləmək istəyirik”.

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR