Deputatlar hansı benzindən istifadə edir? - SORĞU

img

22-11-2017 [15:08]


Azərbaycanda "Aİ-95" ("Premium") və "Ai-98" ("Super") markalı benzin bahalaşdı.

Hər iki markadan olan benzinin 1 litrinin pərakəndə satış qiyməti 0, 20 manat artaraq, 1,25 və 1,50 manata çatıb. Maraqlıdır, bəs, görəsən, Azərbaycanda deputatlar şəxsi avtomobilləri üçün hansı markalı benzindən istifadə edirlər?

Mia.az xəbər verir ki, yenicag.az bu suala cavab tapmaq məqsədilə bəzi deputatlara müraciət edib.

Deputat Aqil Abbas "Aİ-92" markalı benzindən istifadə etdiyini söyləyib.

Musa Qasımlı isə "Aİ-92"və "Aİ-95" ("Premium") markalı benzindən istifadə etdiyini qeyd edib. O, ara-sıra metrodan da istifadə etdiyini vurğulayıb: "Sonuncu dəfə bir həftə əvvəl ictimai nəqliyyatdan istifadə etmişəm. Amma harasa gedəndə, şəxsi avtomobilə üstünlük verirəm".

Fazil Mustafa da "Aİ-92" markalı benzindən istifadə edən deputatlar sırasındadır. ""Aİ-92"-dən istifadə edirəm, keyfiyyətindən də razıyam. Maşınımı ustaya aparanda isə metrodan istifadə edirəm".

Deputat Fəzail İbrahimli də bəzi həmkarları kimi "Aİ-92" markalı benzindən istifadə etdiyini dedi.


Digər xəbərlər
SON XƏBƏRLƏR