"Suriyanın gələcəyi xarici güclərə buraxılmayacaq" - Ruhanidən bəyanat

img

22-11-2017 [14:34]


İran prezidenti Ruhani Rusiyanın Soçi şəhərinə səfərqabağı açıqlamalar verib.

Mia.az İranın IRNA agentiyinə istinadən xəbər verir ki, Ruhani yola düşmədən əvvəl jurnalistlərə danışıb.

O, deyib ki, Suriyanın gələcəyi xarici güclərə buraxılmayacaq: "Suriyanın gələcəyinə xalq qərar verəcək".

Ruhani Suriyanin ərazi bütövlüyünü sonadək müdafiə edəcəklərini bəyan edərək, bildirib ki, Türkiyə, Rusiya və İranın təminatı altında davam edən Astana danışıqları bu istiqamətdə müsbət gələcək vəd edir.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR