"Həkimlərin maaşı qaxmalıdır, yoxsa..." - Deputatdan hökumətə xəbərdarlıq

img

22-11-2017 [13:20]


"Azərbaycanda adambaşına düşən səhiyyə xərcləri aşağıdır. Həkimlərin maaşının da aşağı olması inşa olunan xəstəxanaların inkişafına, işləməsinə mane olur”.

Bunu Milli Məclisdə 2018-ci ilin büdcə müzakirəsi zamanı çıxış edən parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

O bildirib ki, əhalinin artımı nəzərə alınaraq səhiyyə xərcləri artırılmalıdır: "Bunu sabit saxlasaq və ya azaltsaq, problemlər olacaq”.

Komitə sədri bildirib ki, onkoloji preparatların alınması üçün vəsaitlər ayrılır, lakin həmin preparatlar çox bahalıdır: "Bədxassəli şişlərin müalicəsi üçün də əlavə vəsait ayrılmalıdır. Nəzərdə tutulan vəsait azdır”.

Report

Digər xəbərlər
SON XƏBƏRLƏR