Rəsulzadənin həyat yoldaşının qəbri tapıldı: yoxa çıxmış başdaşı və adı dəyişdirilmiş məzar... + FOTOLAR

img

21-11-2017 [21:15]


Azərbaycan Cümhuriyyətinin qurucularından olan Məhəmməd Əmin Rəsulzadənin həyat yoldaşı Vanda Rəsulzadənin məzarı tapılıb.

Bu barədə Türkiyədə yaşayan azərbaycanlı jurnalist Könül Şamilqızı məlumat verib.

Dostlarının xahişi ilə Cümhuriyyət dövrünün tanınmış simalarının Türkiyədəki məzarlarını axtaran K.Şamilqızı Abbasqulu Kazımzadənin qəbirinin yerini öyrənmək üçün bu günlərdə Əsri qəbiristanlığına gedib. Amma axtarışlar fayda verməyib. Söhbət əsnasında jurnalist Rəsulzadənin həyat yoldaşı Vanda xanımdan söz açıb: "Vanda xanımın da məzarı Əsri qəbiristanlığında olmalıdır, amma yeri itib".

Bu zaman qəbiristanlığın qeydiyyat bürosunun Zeynəb adlı işçisinin "biz onu tapmışıq" xəbəri həmkarımız üçün qiyməti ölçüyə gəlməyəcək qədər bahalı bir hədiyyə olub.

Zeynəb xanım bildirib ki, daha öncə də Vanda xanımın məzarı ilə maraqlanıblar. Hər dəfə isə "xristian qəbiristanlığında olub, kimsəsiz olduğu üçün yeri itib" cavabını veriblər. Çünki heç yerdə Vanda adına rast gəlinməyib. Ancaq təsadüfən dəftərlərin birində Zeynəb xanımın gözü Rəsulzadə soyadlı bir xanıma sataşıb. Orada ad Vanda kimi deyil, Leyla adı ilə qeyd olunub: Leyla Rəsulzadə, Əsri qəbiristanlığı, 504-cü sıra, 55 nömrəli məzar.

Könül Şamilqızı qəbiristanlığın Erol Güngör adlı məsul şəxsilə birlikdə qeyd olunan ünvana gedib: "Məzarın yerini tapdıq. Başdaşı qırılmışdı. Üzərində Leyla adını göstərən qeyd qalmamışdı. Anna dəftərdə Leyla Rəsulzadənin qarışısında göstərilən ünvan, yuxarı və aşağıdakı şəxslərin məzarlarının ünvanları məzarın Leyla xanıma aid olduğunu deməyə əsas verir".

Teleqraf.com


Digər xəbərlər
SON XƏBƏRLƏR