“Manat 10 faiz möhkəmlənib” - Samir Şərifovdan manat açıqlaması

img

21-11-2017 [13:29]


Maliyyə naziri Samir Şərifov milli valyutanın məzənnəsinin möhkəmlənməsindən danışıb.

Parlamentdə büdcə zərfinin müzakirəsi zamanı çıxış edən S. Şərifov qeyd edib ki, cari ilin əvvəlindən Azərbaycan milli valyutasının məzənnəsi möhkəmlənib: 

Bu müddətdə manatın ABŞ dollarına münasibətdə məzənnəsində 10 faiz möhkəmlənmə qeydə alınıb. Həmçinin cari ilin əvvəli ilə müqayisədə iqtisadi geriləminin sürəti azalıb. Valyuta ehtiyatlarından qənaətlə istifadə edilməsi, fiskal tədbirlər hesabına 9 ayda icmal büdcənin kəsiri daralıb, əksinə, 1,2 faiz profisit əldə olunub".



Digər xəbərlər
SON XƏBƏRLƏR