Yağış və qar yağacaq - Sabahın hava proqnozu

img

21-11-2017 [12:53]


Bakı və Abşeron yarımadasında noyabrın 22-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi  gözlənilir. Lakin axşam bəzi yerlərdə yağış yağacağı ehtimalı var. 
 
Mia.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinə istinadən xəbər verir ki, sabah mülayim cənub-qərb  küləyi gündüz  güclü  şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturunun gecə  10-13° isti, gündüz  13-16° isti, Bakıda gecə  10-12° isti, gündüz  13-15° isti olacağı gözlənilir. Atmosfer  təzyiqi  753  mm civə sütunundan  763 mm civə sütununa yüksələcək. Nisbi rütubət  70-80 % olacaq.   
 
Azərbaycanın qərb rayonlarından başlayaraq arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, şimşək çaxacağı, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi  ayrı-ayrı yerlərdə arabir güclənəcək.
 
Havanın temperaturunun gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1-6° isti,  gündüz 6-10° isti olacağı gözlənilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub