Almaniyada "bənzəri görünməyən" böhran: Merkel hökuməti qura bilmədi - Prezidentdən bəyanat

img

20-11-2017 [20:55]


Almaniya prezidenti Frank-Valter Ştaynmayer  ölkədə koalisiya hökumətinin qurulması üçün vəzifə verdiyi Angela Merkellə görüşmədən sonra bəyanat verib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, prezident görüşdən sonra açıqlama verərək, Almaniya tarixindən indiyədək görünməmiş faktla üz-üzə qaldıqlarını deyib: "Almaniya bu anadək bənzəri görülməmiş bir böhranla qarşı-qarşıyadır. Koalisiya hökumətinin qurulması üçün danışıqlarda iştirak edən və etməyən bütün partiyalarla görüşəcəyəm. Onlar çox tez bir zamanda yeni hökuməti qurmalıdırlar. Yoxsa, bu, Amaniyada daha ciddi hakimiyyət böhranına yol açacaq".

Xatırladaq ki, Almaniya Sosial-Demokrat Partiyasının (ASDP) idarə heyəti noyabrın 20-də Angela Merkelin Mühafizəkar bloku ilə koalisiya qurmaq üçün danışıqlar aparmamaq barədə qərar qəbul edib. ASDP idarə heyətinin qəbul etdiyi sənəddə, həmçinin koalisiya danışıqlarında iştirak edən partiyaların AFR-i "mürəkkəb vəziyyətə” saldıqları qeyd olunur. Sosial-demokratların lideri Martin Şultsun fikrincə, koalisiya danışıqlarının iflasa uğramasından sonra Bundestaqa təkrar seçkilər keçirilməlidir.

Qeyd edək ki, sentyabrın 24-də Bundestaqa keçirilən seçkilərdə partiyalardan heç biri hökuməti formalaşdırmaq üçün lazım olan səs çoxluğu qazana bilməyib. Riyazi olaraq ölkədə iki çoxluq hökuməti formalaşa bilərdi. Bu ya ASDP ilə Xristian-demokratik və Xristian-Sosialist İttifaqı bloku (XDİ/XSİ) və yaxud tərkibində XDİ/XSİ, "Yaşıllar” və Azad Demokratik Partiyanı birləşdirən "Yamayka” adlandırılan koalisiya olmalı idi.

Lakin bu gün koalisiya hökumətinin qurulması üzrə danışıqlar iflasa uğrayıb. Azad Demokratik Partiya XDİ/XSİ və "Yaşıllar” koalisiya danışıqlarından çıxıb. Beləliklə, Angela Merkel parlamentdə çoxluq qazanmaq və ona dayanıqlı hökumət qurmaq imkanı yaradan koalisiya formalaşdırmağı bacarmayıb. 

Əgər koalisiya qurmaq barədə danışıqlar uğurla nəticələnməsə, iki variant qalır: ya Almaniya tarixində indiyə qədər görünməmiş azlıq hökuməti qurulacaq, ya da yeni seçkilər keçiriləcək.

Mia.az 

Digər xəbərlər
SON XƏBƏRLƏR