Azərbaycanda növbəti zəlzələ baş verdi - 3.5 bal gücündə

img

20-11-2017 [19:00]


Azərbaycanda növbəti zəlzələ baş verib. 

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən verilən məlumata görə, noyabrın 20-də, yerli vaxtla saat 17:54:27-də Gəncədən 53 kilometr cənub-qərbdə, Samux rayonu ərazisində 3,5 bal gücündə zəlzələ baş verib.

Ocağı 11 kilometr dərinlikdə yerləşən yeraltı təkan hiss olunmayıb.

Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub