Qəbul proqramları təsdiqləndi - İmtahana hazırlaşanlara vacib xəbər

img

20-11-2017 [15:10]


Dövlət İmtahan Mərkəzində (DİM) ayrı-ayrı fənlər üzrə keçirilən elmi-metodik seminarlar fəaliyyətini davam etdirir.

DİM-dən Mia.az-a bildirilib ki, müvafiq fənlər üzrə təşkil olunan seminarlarda 2018-ci ildə keçiriləcək buraxılış imtahanının, hərbi liseylərə və ali təhsil müəssisələrinə qəbul imtahanlarının proqramlarının müzakirəsi başa çatıb. Müzakirələr nəticəsində artıq proqramlar təsdiqlənib. Buraxılış və qəbul imtahanlarının proqramları 2018-ci ildə "Abituriyent” jurnalının birinci nömrəsində dərc olunacaq.

Hazırda elmi-metodik seminarlarda bu il qəbul imtahanlarında istifadə olunmuş test tapşırıqları imtahan nəticələrinin statistik göstəriciləri əsasında mövzu, mürəkkəblik dərəcəsi və qabiliyyət göstəriciləri baxımından təhlili edilir.

Digər xəbərlər
SON XƏBƏRLƏR