"Goldman Sachs": "FED 2018-də uçot dərəcəsini 4 dəfə artıracaq"

img

20-11-2017 [14:29]


ABŞ-ın nüfuzlu "Goldman Sachs" investisiya bankı ABŞ iqtisadiyyatının inamlı inkişafına əmin olduğunu və 2018-ci ildə FED-in uçot dərəcəsini 4 mərhələdə artıracağını açıqlayıb.

 "Report" "Vestifinance.ru" saytına istinadən xəbər verir ki, "Goldman Sachs"ın baş iqtisadçısı Yan Hatsiusun (Jan Hatzius) fikrincə, ABŞ iqtisadiyyatı 2018-ci ilə yaxşı impulsla daxil olacaq. Bu da FED-ə uçot dərəcəsini daha aktiv şəkildə artırmağa imkan verəcək.

Hatsius hazırda ABŞ-da 4,1% olan işsizliyin 2018-ci ildə 3,7%, 2019-da isə 3,5%-ə geriləyəcəyini proqnozlaşdırır.

Onun sözlərinə görə, 2018-ci ildə ABŞ-da inflyasiya 1,8% təşkil edəcək. Bu, hədəf 2%-dən az olsa da, FED öz qərarlarında qətiyyətli olacaq.

Digər xəbərlər
SON XƏBƏRLƏR