Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılacaq? - Nazirlərdən açıqlamalar

img

20-11-2017 [14:22]


"Hər bir formatın dəyəri olmalıdır”.
 
Bu sözləri Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan-Türkiyə-Rusiya formatının yaradılmasının mümkünlüyü ilə bağlı suala cavabında deyib.  
 
Nazir bildirib ki, hazırda mövcud olan Rusiya-Azərbaycan-İran formatı tərəflərin qarşılıqlı maraqları əsasında yaranıb: "Bu əməkdaşlıq xüsusilə beynəlxalq nəqliyyat dəhlizinin müvafiq hissəsinin qurulmasına yönəlib. Müxtəlif üçlüklər yaratmaq olar, əsas odur ki, məzmun olsun”. 

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov isə deyib ki, Azərbaycan-Türkiyə-Rusiya formatı Bakı-Tbilisi-Qars dəmir yolu ilə Rusiyaya məxsus yüklərinin Türkiyə və Aralıq dənizinə çatdırılması üçün yaradıla bilər: "Üçtərəfli formatlar özünü doğruldub. Türkiyə-Azərbaycan-Gürcüstan ilk bu tip formatlardan biridir”. 

APA

Digər xəbərlər
SON XƏBƏRLƏR