İsrailli nazirdən sensasion etiraf: "Səudiyyə ilə İrana qarşı gizli təmasdayıq..."

img

20-11-2017 [11:17]


İsrail enerji naziri Yuval Steinitz Səudiyyə Ərəbistanla İrana qarşı birgə narahatlıq keçirdiklərini bəyan edərək, bu səbəblə "gizli əlaqələr" qurduqlarını bildirib.

Mia.az xarici mətbuata istinadən xəbər verir ki, İsrail ordu radiosuna danışan Steinitz bu əlaqələrin niyə gizlı saxanmasına isə belə aydınlıq gətirib: 

"Bizim bir çox müsəlman və ərəb ölkəsi ilə qismən gizli bağlantılarımız var. Və xüsusi qeyd edim ki, bu bağlantıdan utanan biz deyilik. Bu əlaqələrin gizli saxlanmasını istəyən qarşı tərəflərdir. Bizim üçün problem deyil, ancaq qarşı tərəfin istəyinə hörmət göstəririk. Bu səbəbdən Səudiyyə ilə də əlaqə və təmasları gizli saxlayırıq".

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR